İstirahətdən sonra işə adaptasiya olma... Bunun öhdəsindən hərə bir cür gəlir. Bəzilərində belə problem yaşanmasa da, bəziləri əməlli-başlı yorğunluq, çaşqınlıq yaşayır. Ələxsus da karonavirusla mübarizə müddətində fəaliyyəti dayandırılan bir çox müəssisələrin işi bərpa olundu. Bəs görəsən, istirahətdən sonra işə uyğunlaşmaq üçün nə etmək lazımdır? Süjetimiz bu barədədir. Psixoloqların fikrincə, problemin kökündə əsas faktor kimi işini sevməmək dayanır. Bəs problemdən qurtulmağın yolları varmı ?
İstirahət günlərindən sonra işə adaptasiya insana çətin gəlir. Kimi bunun səbəbini kifayət qədər istirahət edə bilib lazımi enerjini toplamamaqda görür, kimi də məsələnin sadəcə psixoloji amillə bağlı olduğunu düşünür. Bəs, görəsən ondan necə xilas ola bilərik ?
İstirahətdən sonra işə adaptasiya olmaq çətindir ?
Zahid Tağıyev psixoloq: Bütün hallarda istirahət etdikdən sonra, işə başlamaq insanların iş potensialının daha yüksək olmasına və zehinlərinin və yaxud fiziki qüvvələrinin daha mükəmməl olması ilə nəticələnir. Burdan da belə nəticəyə gəlmək olar ki, hər bir insan üçün istirahət etmək və istirahətdən sonra işə başlamaq vacibdir. Hətta bəzi insanlar var biz qarşılaşırıq seanslarda uzun illər istirahət etmədən işləyirlər çalışırlar və istirahət etmədən çalışmaq insanlarda iş dayanma prosesinə gətirib çıxarır ki, onlar öz işlərindən daha əvvəlki kimi həzz ala bilmirlər və performansları da əvvəlki kimi olmur.
Müasir dövrdə gərgin iş rejimi, ofisdə uzun zaman keçirməyimiz, bəzən həyəcan, bəzənsə strees, sözsüz ki, həyatımıza təsirsiz ötüşmür. Düzdü həftənin bir-iki günü istirahət etmək imkanımız olur. Amma məsələ də burasındadır ki, istirahət günlərindən sonra işə adaptasiya da insana çətin gəlir. İşə adaptasiya olmaq üçün nə etmək lazımdır ?
Zahid Tağıyev psixoloq: Bütün dünyada birinci gün sindromu var. İstirahət günündən sonra yenidən işə başlamaq sindromu yenidən həvəslə başlamaq üçün ümumiyyətlə yaxşı olar ki insanlar daim hərəkətdə olsunlar. Səhər idmanını axsatmasınlar. Həftə ərzində hərəkətlə başlamaq günə hərəkətlə başlamaq bizim işimizə də siraət edir. Biz bazar günü də daxil olmaqla əgər idmanımızdan qalmırıqsa, hərəkətimizdən qalmırıqsa və yaxud səhər yürüyüşü ola bilər bu belə olan halda işə hər gün pozitiv başlayacıq.
İstirahətdən sonra işin ilk gününü “ağır gün” adlandıranlar həmin günlər işdə bir o qədər gözə dəymir, hətta evə getmək üçün dəqiqələri sayırlar. Amma əhvalımızı xoş tutsaq, yəqin belə neqativ situasiyaya düşmərik. Bir də əgər peşəmizi seviriksə, yaxşı olar ki, bəhanələr haqda deyil, faydalı iş əmsalımızı artırmaq barədə düşünək. Biz isə, işlərinizdə uğurlar arzu edirik.
- Baxış: 487