Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “Vaz 2107” markalı avtomobil oğurlanıb. Zərərçəkən bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Rayon ərazisində yaşayan daha 3 nəfər də polisə müraciət edərək müxtəlif vaxtlarda eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edib, ümumilikdə 4 avtomobili qaçırdığını və ehtiyat hissələrini sökərək satdığını deyib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib. Faktla bağlı toplanan materiallar araşdırlması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
- Baxış: 936