• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 30.05.2020 20:27

Karateçilərimizin olimpiada şansı çətinə düşdü

KepezTV Player

Ümumdünya Karate Federasiyası koronavirus pandemiyasına görə bu ilin martında Bakıda keçirilməli olan Avropa çempionatını ləğv edib. Bu yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.

İdmançılarımızın məyusluğunu başa düşmək elə də çətin deyil. Axı doğma meydan və azarkeş amili onlar üçün əlavə güc, üstünlük demək idi.

Gəncə karate məktəbinin yetirməsi kimi Azərbaycan yığmasının sıralarında yer alan Turqut Həsənov olimpiya oyunlarına lisenziya almağın çətinliyini bildirir.

Turqut Həsənov və komanda yoldaşları olimpiada yolunda şanslarını gələn ilə nəzərdə tutulan yarışlarda yoxlayacaq. Karateçilər əvvəlcə apreldə Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirində, daha sonra isə may ayında İsveçin Höteborq şəhərində keçiriləcək Avropa çempionatında lisenziya üçün döyüşəcəklər. Bundan əlavə Paris yarışı da olimpiadaya seçim xarakteri daşıyacaq.