• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 30.05.2020 20:21

Günvurma zamanı nə etməli?

KepezTV Player

İnsan həyatının ən böyük sərvətidir sağlamlıq. Amma təəssüf ki, çoxları bu sərvətin qədrini bilmir.  Yay fəslinın astasında olduğumuzdan gün və isti vurma halları bu mövsümdə daha çox müşahidə edilir. Məhz bu səbəbdan mütəxəssislər ciddi xəbərdarlıq edirlər. Uşaq, qoca tanımayan bu problem zamanı ilkin tibbi yardım qaydaları necə olmalıdır?

Yay fəslində havaların kəskin şəkildə istiləşməsi ilə əlaqədar günvurma hallarına tez-tez rast gəlinir. Günəş şüalarının birbaşa təsiri  nəticəsində bədən hərarətinin həddindən artıq yüksəlməsi tərləməyə səbəb olduğundan həddindən artıq maye itkisinə gətirib çıxarır.

Əgər günvurma halı baş veribsə, zərərçəkənə mütləq ilkin tibbi yardım edilməlidir. Əks halda xəstə komaya da düşə bilər.

Sizcə, günvurma zamanı ilkin tibbi yardım necə olmalıdır?

Günvurma zamanı ilkin tibbi yardım necə olmalıdır ? Risk qrupuna kimlər daxildir?

Əgər siz bu qrupların birinə aidsinizsə, gözləməyin ki, nə vaxt gün və isti sözün əsl mənasında sizin səhhətinizə zərbə vuracaq.  Burda vacib olan profilaktik tədbirlər hansılardır?

Adətən yaxın, doğma və əziz olan insanlarla görüşəndə və ya ayrılanda, biz onlara cansağlığı arzulayırıq. Bəli ,həqiqətən də sağlamlıq insan üçün əvəzolunmazdır. Ona görə də onu qorumalıyıq. Sağlam olun, özünüzü qoruyun.