KepezTV Player
Daşkəsən rayonuna güclü dolu yağıb. Rayon mərkəzində axşam saat 17:30-da yağmağa başlayan və təxminən 10 dəqiqə davam edən dolu təxminən 16 mm diametrliyində olub. Nəticədə əkin sahələrinə, eləcə də ağaclara ziyan dəyib. Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb. Hazırda Rayon Fövqəlada Hallar Komissiyası tərəfindən yağıntının vurduğu zərərlə bağlı araşdırma aparılır.
- Baxış: 599