• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 30.05.2020 20:07

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

KepezTV Player

Gəncədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir. Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən aparılan növbəti belə tədbirə Nizami Gəncəvi prospektindən başlanlılıb. Yollar və səkilər xüsusi məhlulla dezinfeksiya edilib. Analoji işlər Füzuli parkının ərazisində də aparılıb.Oturacaqlar, atraksionlar, hərəkət zolaqları dərmanlanıb. Bununla yanaşı, Şahlar Hüseynov küçəsində yeni istifadəyə verilən 5 mərtəbəli binada dezinfeskiya işləri aparılıb.

İlqar Əsədov Gəncə Şəhər MKTİB-nin rəis müavini: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında koronavirus pandemiyası ilə yaradılmış qərargahın göstərişinə əsasən pandemiya elan olunan gündən bu günə kimi Gəncə şəhərində mütəmadi olaraq gündəlik dezinfeksiya işləri aparılır. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehslat Birliyinin xidməti ərazilərində, park və xiyabanlarda, yaşayış binalarının ətrafında, yeraltı keçid yerlərində, eyni zamanda şəhər ətrafı qəsəbələrdə mütəmadi olaraq dizinfeksiya işləri aparılır.

Elvin Atakişiyev sakin: Bu binanın sakiniyəm. Çox sağ olsunlar,gəlib dizinfeksiya etdilər. Sakin olaraq öz minnətdarlığımı bildirirəm.