• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 30.05.2020 11:58

Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

KepezTV Player

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testi ediləcəklər. Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib. Testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcəklər.