• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 29.05.2020 19:48

Su problemi məhsuldarlığa da təsir edir

KepezTV Player

Kartof deyiləndə ilk olaraq ağılan gələn rayon Gədəbəy olsa da, Tovuzda da becərilən bu bitki keyfiyyətinə görə heç də qonşu rayondan geri qalmır. Tovuzda kənd təsərrüfatı sahəsində taxıldan sonra ikinci sırada duran kartofçuluqda hazırkı vəziyyət qənaətbəxşdir. Amma fermerlər üçün həllini gözləyən məqamlar da var.

Tofiq Orucov - fermer: Suya çətinlik çəkirik. İndi yox, bir müddət sonra. Bizim çətinliyimiz ondan ibarətdir ki, may ayının sonundan sonra bizim camaat su tapmır, əziyyət çəkilər. Məhsuldarlıq məsələ üçün 1 hektardan 25 ton verməlidirsə, 10-15 ton götürürük. Bu da fermerlərə sərf etmir.

İkinci çörək sayılan kartof Tovuzda əsasən suvarılan ərazilərdə əkilir. Lakin suvarılmasında yaranan çətinlikdən Alakol kəndinin sakinləri də əziyyət çəkirlər. Hər il eyni aqibətlə üzləşən təsərrüfatçılar daha çox məhsul əldə etmək üçün problemin həll olunacağını gözləsə də reallıq tam başqadır.

Tofiq Orucov - fermer: Bura əhalinin sıx yaşadığı yerdir və kartof əkini əsas məşğuliyyətimizdir. Suyumuz normal olarsa, məhsuldarlığımız yüksək olar. Bizim ərazilər sınaq toxumçuluq, kartofçuluq sovxozu olub. Suyumuz olarsa, bizə bu istiqamətdə kömək göstərilərsə, 20-30 yox, 50 ton kartof əkərik, ucuz qiymətə də satarıq.

Su probleminə baxmayaraq Tovuzda kartofçuluq sahəsində çalışan fermerləri pandemiya belə işindən soyutmayıb. Texnika və gübrə təminatında problem yaşanmadığından məhsulun becərilməsi qaydasında gedir. Eləcə də əkində məhsuldar sortlardan istyifadəni də qeyd etməyə dəyər.

Mayıs Mustafayev - Tovuz DAİM-in bitki sektorunun müdiri: Əsasən sortlar 3 formada istifadə olunur. Bunlar xaricdən gətirilən Niderland sortları - arinda, orkester, bumba, cerri və anna karolina, Rusiya mənşəli – nevski, qırmızıgöz və dağlıq ərazilərdə əkilən yerli sortlardır.

Tovuz rayonunda bu günə qədər 6130 hektar sahədə kartof bitkisi əkilib. Həm dəmyə, həm də suvarılan ərazilərdə becərilən kartofun hazırda dağlıq ərazilərdə əkini davam etdirilir.