KepezTV Player
Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb. Ötən gün günorta saatlarında paytaxt sakini Nurana Qədimova işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülüb. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin mərhumun əri 47 yaşlı Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində törədildiyinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
- Baxış: 966