• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 29.05.2020 20:10

“ASAN xidmət” mərkəzi dezinfeksiya edilir

KepezTV Player

Gəncə “ASAN xidmət” mərkəzində koronavirus əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində mərkəzdə bütün bölmə və güşələr dezinfeksiya edilir. Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə bayram günləri bitdikdən sonra vətəndaşların qəbulu məqsədilə aparılan dezinfeksiya işləri profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamağa hesablanıb. Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar 24-30 may tarixlərində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 31 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.