• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 29.05.2020 11:37

Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq

KepezTV Player

İstehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan ərazisində həyata keçirilən dərman vasitələri bu il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab ediləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan ərazisində həyata keçirilən mallara da şamil edilir.