• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 29.05.2020 11:48

“Chevrolet” “KamAZ”-a çırpıldı, yaralılar var

KepezTV Player

Hacıqabulda qəza baş verib. Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində 34 yaşlı Vasif Əzimov “Chevrolet” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri - 34 yaşlı İlkin Həsənov, 51 yaşlı Rafael Babayev və Ağcabədi rayon sakini, 46 yaşlı İlkin Ağayev müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.