• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 28.05.2020 20:46

Özünü XDMX-nin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

KepezTV Player

Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib. Belə ki, Yasamal rayonu ərazisində xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar. Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər. İlkin tibbi yardım göstərilib, həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polislərdə şübhə yaradıb və o, Şöbəyə gətirilib.Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və xidmətin əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.Əhmədov xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib. O, həm də mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır. Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.