• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 28.05.2020 20:39

3 məktəbdə tədrisin keyfiyyəti yüksələcək

KepezTV Player

Tədrisin dayandırıldığı indiki dövrdə Samuxda yeni dərs ilinə hazırlıqlar gedir. Təhsilin keyfiyətini yüksəltmək, maddi-texniki bazanı yaxşılaşdırmaq məqsədilə 2 məktəb yenidən tikilir, tədris ocaqlarından biri isə əsaslı təmir olunur.

Əsaslı təmir edilən və tikintisi aparılan məktəblərdən biri Heydər Əliyev Fondu tərəfindən reallaşdırılır. Yeni dərs ilində istifadəyə hazır olacaq hər iki məktəbdə ümumilikdə 1300 şagirin eyni zamanda tədrisi üçün imkan yaranacaq.

Gülağa Hüseynov Samux Rayon Təhsil Şöbəsinin müdiri: Ziyadlı kənd orta məktəbi 1978-ci ildə tikilib. Əsaslı təmirə böyük ehtiyacı var idi. Burada kanalzasiya sistemi, istiliyi yox idi. Ancaq müasir tələblərə cavab verən məkətb binası əsaslı təmir olunur. Sərkar kənd orta məktəbi də üç korpusdan ibarət idi. 1936-1953 və 1968-ci illərdə tikilən 1 mərtəbəli binalar idi. Binalarda istilik, su, kanalzasiya sistemi yox idi. Ancaq indi 800 yerlik 3 mərtəbəli bina tikilir. İndi idman zalı, kənarda mini futbol meydançası tikilir.

Samux rayonun İnistitutut qəsəbə tam orta məktəbinin binası yeni ərazidə inşa olunur. Yeni məktəb binasının tikintisi üçün 1 ha 20 sot ərazi ayrılıb. Bu təhsil ocağı 960 yerlik olacaq.

Təhsil Nazirliyinin xətti ilə tikilən məktəb binası 3 mərtəbəli olacaq. Analoqundan 2 dəfə böyük olması sinif otaqları, laboratoriyaların sayını artırmağa, müasir tələblərə uyğun zalda fiziki tərbiyyənin tədrisinə imkan yaradacaq. Mərkəzi istilik sistemi, su və kanalzasiya xətti də olacaq məktəbin həyətində su hovuzu, transfarmator və qazanxana inşa ediləcək. Şagirdlər üçün açıq havada da idmanla məşğul olmaq üçün şərait olacaq.

Gülağa Hüseynov Samux Rayon Təhsil Şöbəsinin müdiri:  İnistitut qəsəbə tam orta məktəbi doğrudan da çox acınacaqlı vəziyyətdə idi. Məktəb keçmiş yataqxana binasında yerləşirdi. Orada həm Azərbaycan, həm də rus bölməsi fəaliyyət göstərir. Artıq bina inşa olunur və bəlkədə tədris ilinin əvvəlinə kimi hazır oldu.

Samux rayonunda 35 orta məktəbdən 23-ü tam, 11-i ümumi, 1-i isə ibtidai təhsil ocağıdır. Mövcud məktəb binalarından 5-nin yenilənməyə, 7-nin isə əsaslı təmirə ehtiyacı var.

Elnur Vahidoğlu