• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 27.05.2020 20:03

Futbolsuz qalan veteran

KepezTV Player

Koronavirus pandemiyasına görə futbol çempionatlarının, qitəmiqyaslı turnirlərin dayanması yalnız bu sahədə çalışanları işsiz qoymayıb. Könlünü futbola verən azarkeşlər kimi, onlara bu idman növünü sevdirən sabiq oyunçular, veteranlar da məşğuliyyətsiz qalıblar.
 

Futbolsuz qalan veteranlardan olan Vüqar Salmanov ötən əsrin 80-ci illərində “Kəpəz”in şərəfini qoruyub. “Neftçi”nin əvəzedici heyətinə kimi gedib çıxıb. Hamı kimi xəstəliyə görə ilk dəfə karantin rejimi ilə üzləşən sabiq qolkiper stadionda tribunadan və mavi ekran vasitəsilə televiziyalardan canlı izlədiyi sevimli idman növündən ayrı düşüb.

Son günlərdə qitənin aparıcı liqalarından olan Almaniya Bundesliqasında fasilənin başa çatması ilə çempionatın start götürməsi Vüqar Salmanov kimi bütün futbolsevərlərin ürəyincə olub. Amma stadionlara azarkeşlərin buraxılmaması futbol atmosferinə təsirsiz ötüşməyib.

Sabiq futbolçu futbolsuz qaldığı günlərdə şəxsi foto arxivinə əl gəzdirib, şəkillərə baxdıqca keçmiş xatirələri, həsrətində olduğu günləri yada salıb.

Vüqar Salmanov karantin rejimində atılan addımları yüksək dəyərləndirərək verilən qərarların insanların sağlam yaşamasına yönəldiyini bildirib. Sağlamlığın hər şeydən öndə durduğunu söyləyən futbol veteranı, azarkeşin, futbolçunun, ümumiyyətlə, hər bir vətəndaşın qadağalara əməl etməsinin vacibliyini vurğulayıb.