• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 27.05.2020 19:10

Qətlə yetirilən qadının şəxsiyyəti müəyyənləşib

KepezTV Player

Salyanda kanaldan meyiti tapılan qadının şəxsiyyəti müəyyən olunub. Araşdırmalarla mərhumun Saatlı rayon sakini, 51 yaşlı Şəhla İbrahimova olduğu bilinib. Cəsəd Salyan rayonu Yenikənd kəndi ərazisindəki kanalda tapılıb və müayinə üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Onun qətlə yetirildiyi məlum olub. Cinayətin motivləri araşdırılır. Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb.