• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 27.05.2020 12:51

Şəmkirdə sürücüyə qarşı soyğunçuluq edilib

Mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini Pərvin Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Daha sonra isə həmin şəxs sürücünü avtomobildən düşürərək maşını qaçırıb. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Sənan Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.