• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 27.05.2020 11:52

Bakıda ata dilənçilik etmədiyinə görə uşağı bıçaqladı

KepezTV Player

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində Fikrət İsmayılov 11 yaşlı övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Uşaq xəstəxanaya çatdırılıb. Azyaşlının anasının sözlərinə görə, Fikrət İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Hadisə də Canəli atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.