• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 26.05.2020 11:56

Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

KepezTV Player

Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, DOST Agentliyi tərəfindən bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirilib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.Monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı neqativ halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.