Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb. Araşdırmalarla Göygöl rayon sakini 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin müəyyən küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etdiyi məlum olub. “VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum olan Emin Məmmədov 15 gün müddətə inzibati qaydada həbs edilib.
- Baxış: 1492