KepezTV Player
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Məmmədəli Hacıyevə məxsus “Kəlbəcər” restoranının sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və 18:00-dan sonra da müştərilərin qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkarlanıb. Obyektdə olan 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, tibbi maskalarla təmin ediliblər. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
- Baxış: 1285