• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1350
— 25.05.2020 12:10

Baş infeksionist: Maskadan istifadə edilməməsinə görə cərimə tətbiq olunmalıdır

KepezTV Player

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq olunmalıdır. Bu ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar. “Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir”, - deyə Cəlal İsayev vurğulayıb.