• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 24.05.2020 18:57

Maşın iki hissəyə bölündü, sürücü öldü

KepezTV Player

Ağdaş rayonunda isə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Şamaxı-Yevlax magistral yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb. Aralbir kənd sakini, 43 yaşlı Gərayev Niyaz Nizam oğlunun sürdüyü “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb, sürücü isə hadisə yerindəcə dünyasını dəyişib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.