• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 24.05.2020 19:44

Bu il Ramazan bayramı fərqli qeyd olundu

KepezTV Player

Azərbaycanda bu il Ramazan bayramı əvvəlki illərlə müqayisədə bir qədər fərqli qeyd olundu. Səbəb bəllidir. Dünyanı çənginə alan koronavirus pandemiyası azərbaycanlı müsəlmanları da bir sıra adətləri yerinə yetirməkdən məhrum etdi.

Ölkənin hər yerində olduğu kimi, Gəncədə də Ramazan bayramı gününün mənzərəsi fərqli oldu. Bayram namazı qılmaq üçün insanlarla dolub-daşan məscidlər bu dəfə boş qaldı. COVİD-19 səbəbindən tətbiq olunan məhdudiyyətlərlə əlaqədar bayram namazları evlərdə qılındı.

Həmçinin Ramazan ayı boyunca bütün məhdudiyyətlərə əməl edilib, məscidlərdə dezinfeksiya işləri aparılıb.

Pandemiyayla əlaqədar kütləvi toplaşma qadağan olunduğundan ibadət yerləri də bağlıdır. Məscidlərə qoyulan məhdudiyyətlər hələ ki xüsusi karantin rejimi başa çatana qədər - mayın 31-dək qüvvədədir.