KepezTV Player
Gürcüstanda ictimai nəqliyyatdan istifadəyə tətbiq edilən məhdudiyyətin vaxtı iyulun 15-dək uzadılıb. “Mtavari arxi” telekanalının məlumatına görə, müvafiq qərar ötən gün Gürcüstan hökuməti tərəfindən qəbul edilib. Martın 31-dən etibarən Gürcüstanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
- Baxış: 275