KepezTV Player
Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək.Dövlət Turizm Agentliyinin məlumatına görə, hazırda əsas prioritet daxili turizmin inkişafıdır, bu istiqamətdə xüsusi kampaniyalar keçiriləcək. Vətəndaşların sağlamlığı və təhlükəsizliyi ön plana çəkiləcək. Yay mövsümündə münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlər keçirilib, əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparılır.
- Baxış: 367