• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 23.05.2020 20:34

Virusa qarşı qida təhlükəsizliyi reydi

KepezTV Player

Əhalinin daha çox üz tutduğu və sıx olduğu məkanlar – iaşə yerləri və marketlər. Xüsusilə də xüsusi karantin rejimi yumşaldılandan sonra kafe və restoranlara gedənlərin sayının artdığını deyə bilərik. Təbii ki, tətbiq edilən qaydalara riayət etmək şərtilə. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncədə keçirdiyi növbəti reyd qadağalara necə əməl edildiyini yoxlamaq məqsədi daşıyıb.

Tətbiq edilən qadağalara uyğun olaraq əhalinin ictimai iaşə məkanlara müraciəti daha çox səhər yeməyi, lanç və nahar saatlarına təsadüf edir. Yəni saat 18-dək kafe və restoranların xidmətlərindən istifadə edənlər məkana daxil olarkən mütləq şəkildə əlləri xüsusi məhlulla yuyulduqdan, ara məsafəsi gözlənilməklə masalarda əyləşməklə xidmətlərdən yararlana bilərlər. Personal isə tibbi əlcək və makdan istifadə etməklə fəaliyyət göstərməlidir. Obyektin sanitar-epidemioloji vəziyyəti də daim sahibkar tərəfindən nəzarətdə saxlanılmalıdır. Qeyd olunan və digər məqamlara necə riayət olunmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin əməkdaşları yerində yoxlayaraq xidməti heyət və müştərilərlə təbliğat xarakterli söhbətlər aparıblar.

Həm qapalı, həm də açıq məkanlarda iaşə xidməti göstərən obyektlərdə koronavirusa qarşı təbliğat xarakterli təlimatların yerləşdirilməsi, qidaların hazırlandığı mətbəx hissəsində işçilərin qaydalara əməl etməsi də diqqət mərkəzində olub. Dezinfesiya işlərinin mütəmadi olaraq aparılmasının vacibliyi vurğulanıb.

Iaşə məkanlarından fərqli olaraq marketlərə əhalinin müraciəti daha çox olduğundan virusun yayılma ehtimalı da bir qədər artır. Odur ki, reyd zamanı marketə üz tutanlar üçün əlcək, maska, dezinfeksiyaedici məhlulların olması, satıcıların da bu vasitələrdən istifadə etməsi yoxlanılıb. Müxtəlif məhsullar satılan bölmələrdə alıcılara xidmətin qaydalar çərçivəsində edilib-edilmədiyi yoxlanılıb. Burada da satıcı və alıcılarla profilaktik söhbət aparılıb.

Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumatlandırılıb. Agentlik tərəfindən hazırlanan metodiki göstərişlər sahibkarlara təqdim olunub.

Agentliyin Ragional bölməsi tərəfindən yoxlamalar Gəncə və xidməti əraziya daxil olan ətraf şəhər və rayonları əhatə edir.