• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 23.05.2020 10:50

Küləyin törətdiyi fəsadlar

KepezTV Player

Ötən gün axşam saatlarından başlayan və bu gün də davam edən güclü külək Gəncə və ətraf ərazilərdə fəsadlar törədib. Gəncədə təbiətin şıltaqlığı nəticəsində ağaclar yollara, yol kənarına və avtomobillərin üstünə aşıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb.Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb. Zərəsiz də ötüşməyib. ağaclardan biri Niva markalı avtomobilin üzərinə düşüb.

Qurban Məmmədov sakin: Mahrasa Bağında yaşayıram. Dünən axşam saatlarında anidən güclü külək başladı. Güclü külək bizim işıqlarımızı söndürdü, xətlər qırıldı, ağaclar yıxıldı. Aidiyyatı təşkilatlar səhər saatlarından etibarən gəliblər, ağacları kəsib götürürlər, qırılmış naqilləri bərpa edirlər.

Şahmar Məmmədov sakin: Dünəndən etibarən işıqlarımız sönüb küləklə əlaqədar olaraq. Ağacları da dünən axşamdan gəlib işləyirlər, kəsirlər.

Təbiət hadisəsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarında dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb. Gəncədə 10-a yaxın bina işıqsız qalıb. Aşan ağacların ərazidən götürülməsi üçün 20-ə yaxın texnika, 60-dan artıq işçi qüvvəsi cəlb olunub.

Rasim Əlirzayev Gəncə Şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin briqadiri: Şəhər üzrə təxminən 20-ə yaxın ağac yıxılıb.Xətlərin, dam örtüklərinin üzərinə düşən ağacların hamısı zərərsizləşdirilərək götürülüb.Hal-hazırda da bu istiqamətdə işlər görülür.

Elşad Əsgərov Gəncə Şəhər MKTİB-nin rəis müavini: Azərenerji-nin Gəncə regional bölməsinin işçiləri tərəfindən qəza baş verən ərazilərdə elektrik enerjisi ilə əlaqədar olaraq fasilələr yaranmışdır. Energetika işçiləri tərəfindən fəsadlar aradan qaldırılır.Şəhərin bəzi yerlərində energetika sistemi bərpa olunub.Qaynar xətt-ə binaların dam örtüyü ilə əlaqədar olaraq məlumat daxil olmayıb.Xəsarət alan şəxs də yoxdur.

Adiyyəti qurumun nümayəndələri tərəfindən lazımi tədbirlər görülüb, elektrik enerjisinin verilməsi tam bərpa olunub.

Valeh Anaroğlu