• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1130
— 22.05.2020 20:04

Ekologiyanı çirkləndirən 10 şəxs cəzalandırılıb

KepezTV Player

Havalar isindikcə karantin rejiminin şamil edilmədiyi bölgələrdə insanların təbiət qoynunda istirahətə getməsi artır. Şübhəsiz təbiətin bəxş etdiyi gözəllikdən zövq alanlarla yanaşı ekalogiyanı çirkləndirənlərə də rast gəlinir. İlin əvvəlindən indiyə kimi təkcə Hacıkənd meşəliyində 10 belə fakt aşkar edilərək inzibati qaydada cərimələr tətbiq olunub. Bununla paralel olaraq maarifləndirci reydlər də davam edir.

Təbiəti yanğından qoruyun! Odla ehtiyatlı olun! Ərazinin təmizliyinə riayət edin! Hacıkənd meşəsindəki istirahət obyektlərinin sahibləri maarifləndirilir. Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri yanğın şitlərinin daim nəzarətdə olması, elektrik naqillərinin sazlığını yoxlamaq, eləcə də ərazinin zibillənməməsi, ağacların kəsilməməsi, sıx yerlərdə ocağın yandırılmaması, yandırılan ocağın tam söndürülməsi kimi izahat işləri aparır.

Elgün Həsənli - inzibatçı: Ocaq yandırmamaq barədə, zibilləməmək barədə tövsiyyələr edirik. Hərə səhər mütamadi olaraq təmizləyirik. Şitdə gördüyünüz kimi hər bir ləvazimat var. Bizədə az öncə hər bir şeyi başa saldılar. Əgər yanğın olarsa hər bir şeyi eləməyə qadirik.

Murad Hümbətli - inzibatçı: Qonaqlarımıza ərazimizi çirkləndirməməyi bildiririk. Əgər müştərilər çirkəndirərsə hər səhər onu yığırıq.Yanğınla bağlı qumumuz var, suyumuzdakı daimidir. Hər bir şey öz qaydasındadır.

İlin əvvəlindən indiyə kimi təbiəti qorumuyan fiziki və hüquqi şəxslərə inzibati xətalar məcəlləsində nəzərdə tutulan qaydada cərimələr tətbiq olunub.

İlkin Həsənov - 10 saylı Regional ETS İdarəsinin aparıcı məsləhətçisi: Bu cür qanun pozuntuları ilə əlaqədar olaraq da 6 nəfər fiziki şəxs hər biri 600 manat məbləğində cərimə olunub. Eyniz zamnda 4 nəfərdə iaşə obyektlərində ətraf mühitin çırklənməsi ilə bağlı olaraq 2 min manat məbləğində Hacıkənd meşəsi ərazisində cərimə olunublar.

Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi ümumilikdə 11 min 847 ha meşəyə xidmət edir ki, bunlardan da 6 min 236 ha Hacıkənd ərazisindədir. Xidməti ərazidə 27 iaşə obyekti fəaliyyət göstərir.