• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2350
— 22.05.2020 20:07

Koronavirusdan ölən iki nəfərdən biri gəncəli həkimdir

KepezTV Player

Ümumiyyətlə, pandemiya başlandıqdan indiyədək 681 tibbi işçisi COVİD-19-a yoluxub ki, bu da ümumi yoluxmanın 18 faizi deməkdir. Onlardan 4-ü dünyasının dəyişib, 537 tibbi işçisi sağalıb, digərlərinin müalicəsi davam edir. Bölgələr üzrə yoluxma sayına gəlincə, yenə də ən yüksək rəqəm paytaxtın payına düşür – 47,4 faiz. Gəncə-Qazax bölgəsində bu göstərici 12,8 faiz, Aran bölgəsində isə 10,8 faizdir. Yoluxmanın ən çox qeydə alındığı yerlər sırasında Gəncə, Samux və Ağstafa da var. Testi pozitiv nəticələnənlərin 57 faizi qadınlar, 43 faizi kişilərdir. TƏBİB sədri Ramin Bayramlı karantin rejiminin uzadılması məsələsinin müzakirə olundğunu deyib.

Toyların təşkili məsələsindən danışarkən Ramin Bayramlı vurğulayıb ki, epidemioloji-statistik göstəricilərə əsasən bu qənaətə gəlinib ki, belə məclislərin keçirilməsi iyun ayı üçün məqbul deyil. Lakin gələn ay digər məsələlər üzrə yumşalma ola bilər.

Ramin Bayramlı onu da vurğulayıb ki, ölkədə 10 yeni müasir laboratoriyanın qurulması barədə qərar qəbul olunub və bununla bağlı beynəlxalq şirkətlərə danışıqlar aparılır, yaxın günlərdə laboratoriyaların qurulması prosesinə başlanacaq. İyun ayında Azərbaycanda seroloji müayinələr də aparılacaq. Bu müayinələr nəticəsində xəstəliyin simptomatik və asimptomatik gedişatı ilə müşayiət olunan insanların immun cavabının necə olduğu bilinəcək. TƏBİB sədri evdə özünümüalicənin fəsadlarından da danışıb. Qeyd edib ki, ağırlaşma və ölüm hallarının bir çoxu evdə özünümüalicəyə cəhd səbəbindən baş verib. Bundan əlavə, Ramin Bayramlı Ramazan bayramı ilə əlaqədar da vətəndaşlara çağırış. edib – ziyarətlər və sıx təmaslar, kütləvi məclislərin, iftar süfrələrinin təşkili qətiyyən tövsiyə olunmur.

Ramin Bayramlı vətəndaşlar üçün hazırlanan e-tebib-covid-19 mobil tətbiqi barədə də məlumat verib və deyib ki, yaxın günlərdə proqramın təqdimatı olacaq. Bu aplikasiya vasitəsilə koronavirus barədə bütün məlumatları, eləcə də yoluxma hallarının intensiv olduğu coğrafi bölgələri öyrənmək mümkündür. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov maskalardan istifadə məsələsinə toxunaraq vurğulayıb ki, bu, qapalı məkanlarda məcburidir və qaydaların pozulmasına görə cərimələr tətbiq oluna bilər. Lakin arzuediləndir ki, məsələ ictimai qınaqla həll olunsun, inzibati məsuliyyətə ehtiyac qalmasın.