• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 22.05.2020 15:52

"AGBank" və "NBC Bank"da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi tarixi açıqlanıb

KepezTV Player

“AGBank” və “NBC Bank” qorunan əmanətlər üzrə ompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. 16 iyundan başlayaraq hər iki bankda 30 min manat ekvivaləntinədək olan əmanətlər üzrə kompensasiyalar; 15 iyuldan etibarən isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyalar veriləcək.