• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 20.05.2020 19:49

Fəaliyyəti yararsız olan limonad sexi aşkarlandı

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsi tərəfindən əhalinin sağlam və təhlükəsiz qida ilə təmin olunması istiqamətində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə tədbirlər çərçivəsində şəhərin ayrı-ayrı yerlərində reydlər təşkil olunur, qanunsuz fəaliyyət sahələrinin qarşısı alınır.

Bu dəfəki reyddə Gəncənin Məshəti qəsəbəsində alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış zamanı çatışmazlıqlar aşkar edilib. Sahibkar Balakişi Verdiyevə məxsus sexin texniki-normativ reqlamentlərə cavab vermədiyi, sanitar gigiyena qaydalarının gözlənilmədiyi və qida təhlükəsizliyi sahəsində hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

“Üç bulaq” əmtəə nişanı ilə istehsal olunan limonadın hazırlanmasında istifadə olunan qida əlavələrindən müxtəlif nümunələr götürülərək qida təhlükəsizliyi institutunun müvafiq laboratoriyalarına göndərilib. Tələblərə cavab verməyən şəraitdə fəaliyyət göstərdiyi üçün aparatlar möhürlənib, müəssisənin fəaliyyəti dayandırılıb.

Sexdə limonadların istehsalında istifadə olunan su çənlərinin yararsız olduğu, eləcə də qablaşdırmanın müvafiq ölçülərə uyğun gəlmədiyi də müəyyən edilib. Satışdan kənarlaşdırılan şüşələrdə çöküntülərin olması da diqqətdən yayınmayıb.

Sexin istehsal gücü mövsümə, sifarişə və işçi qüvvəsinə uyğun olaraq dəyişib. Müəssisə tərəfindən gün ərzində orta hesabla 800 ədəd limonad satışa çıxarılıb.