• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 20.05.2020 20:04

Əvvəlki ilin məzunlarından 70 nəfər sənədlərini təqdim edib

KepezTV Player

Bu il ali məktəblərə sənəd verən abutiriyentlərin qeydiyyatı davam edir. Əvvəlki illərin məzunları üçün isə Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda sənəd qəbulu komissiyaları yaradılıb. Proses Gəncə regional bölməsi tərəfindən də davam etdirilir.

Dövlət İmtahan Mərkəzi tərəfindən karanavirus panademiyası ilə bağlı olaraq vətəndaşların sağlamlığının qorunması üçün mayın 18-dən əvvəlki illərin məzunları üçün regional bölmələrdə sənəd qəbulu komissiyası yaradılıb. Gəncə regional bölməsində ayrılan xüsusi otaqda ərizə qəbulu davam edir.

Nəsimi Məmmədov - DİM-nin Gəncə Regional Bölməsinin müdiri:  Hansı ki, 2012-ci ildən əvvəl Respublikanın orta ümumtəhsil məktəblərini bitirmiş, kolleclərin son kurslarında təhsil alanlar, hərbi qeydiyyatla bağlı məlumatları DİM-nin məlumat bazasında olmayanlar, yalnız bunlar DİM-nin yaradılmış sənəd qəbulu komissiyalarına müraciət edirlər. Artıq bu günə kimi 70 nəfərdən çox abutiriyentlər öz lazımı olan sənədlərini təqdim edib qeydiyyatdan keçiblər.

Əvvəlki illərin məzunlarının qeydiyyatı şənbə, bazar və bayram günləri istisna olmaqla saat 9:30-dan 17-dək həyata keçirilir. Onlayn növbəyə yazılan şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.

Aytac Məmmədova - sənəd verən: Mən ali məktəbə sənəd vermək üçün gəldim və onlayn qayda da qeydiyyatdan keçdim. Heç bir problemdə olmadı, qeydiyyatdan da keçirdilər.

Tural Əhmədov - sənəd verən: Dövlət İmtahan Mərkəzində üçüncü qrup üzrə onlayn qaydada növbə götürdüm və müraciət etdim. Şəffaf şəkildə sənədlərimi təstiq elətdirdim.

Məlum olduğu kimi may ayının 31-nə kimi Gəncə şəhərinə ətraf rayonlardan giriş və çıxış qadağan olub. Sənəd vermək istəyən əvvəlki ilin məzunları onlayn qeydiyyatdan keçdikdən sonra onlar Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinə buraxılırlar.

Nəsimi Məmmədov - DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Vətəndaşların da ictimayyətində nəzərinə çatdırıram ki, əgərə ətraf rayonlrada yaşayan vətəndaşlar DİM-in Gəncə regional bölməsinə müraciət etmək istiyirlərsə onlar onlayn qeydiyyat götürüb müraciət edə bilərlər. Təbii ki, onlar üçün heç bir əngəl yaradılmır. Sərbəst şəkildə Gəncə şəhərinə girişdə yoxlanılır və öz SMS vastəsi ilə gələn məlumatlarını yoxlama zamanı təqdim edirlər və onlar buraxılırlar.

Bundan başqa qəbul prosesində bəzi yeniliklər də var, hansı ki, abuturiyentləri daha çox maraqlandırır.

Nəsimi Məmmədov - DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Ali məktəblərə qəbulda dəyişiklər ondan ibarətdir ki, əvvəlki illərdə qəbul imtahanları qrup imtahanlar yaz və yay mərhələsində həyata keçilirdi. Ancaq bu il pandemiya ilə bağlı olaraq ali məktəblərə qəbul imtahanların qrup imtahanları yalnız yayda iyul ayının 20-dən sonra keçiriləcəkdi.

Bu il ali məktəblərə sənəd verən məzunların qeydiyyatı iyunun 5-nə kimi aparılacaq.