• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 20.05.2020 16:25

Gəncədə piyada naməlum avtomobil tərəfindən vurulub

KepezTV Player

Gəncədə yol qəzası baş verib. Kəpəz Televiziyasının qaynar xəttinə göndərilən görüntülərdən aydın olur ki, hadisə Nəriman Nərimanov və Nizami Gəncəvi prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində olub. Gəncə şəhər sakini 54 yaşlı Aygün Qəribovanı naməlum avtomobil vurub. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, vəziyyəti orta ağırdır. Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.