KepezTV Player
Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu ilə Qazaxıstana yola salınıb. Sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” gəmi-bərəsi ilə Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndəriliblər. Onlar yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə virus aşkar edilməyib.
- Baxış: 179