KepezTV Player
ABŞ COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 3,6 milyon dollara yaxın vəsait ayırıb. Trend bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir. Həmin məbləğin 3 milyon dolları laboratoriya sistemlərinin hazırlanması, koronavirusa yoluxma hallarının aşkarlanması üzrə işlərin fəallaşdırılması, texniki ekspertlərin dəstəklənməsi və bu istiqamətdə digər tədbirlər üçün ayrılıb. 565 min dollar isə pandemiya zamanı miqrant və qaçqınlara humanitar yardım üçündür.
- Baxış: 249