KepezTV Player
Bakıda xəstəxanaya müraciət edən şəxsin cinayəti üzə çıxıb. 37 yaşlı Alqayıt Hacıyev bir neçə gün əvvəl Nəsimi rayonunda avtomobildən 36 min ABŞ dolları oğurlayıb. O, hadisə yerini tərk edən zamanı ehtiyatsızlıqdan yıxılaraq ayağını sındırıb. Hacıyev səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya müraciət edib. Onun özünü şübhəli aparması polis əməkdaşlarının diqqətini cəlb edib. Daha sonra polis tərəfindən saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1093