• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 17.05.2020 20:25

ABŞ-da idmana qoyulan qadağalar yumşaldılıb

KepezTV Player

Dünyanın ən supergüc dövləti sayılan ABŞ əksər sahələrdə olduğu kimi koronavirus reytinqində də ilk pillədədir. Bununla belə okeanın o tayında idman bağlı bəzi məhdudiyyətlər aradan götürülüb. Həmkarımız Azad Rəfi ştatlarda yaşayan həmyerlimiz, futbol məşqçisi Etibar İbrahimovdan Amerika idmanındakı mövcud vəziyyətlə bağlı məlumatlar alıb.

Koronavirus göstəricisində istər xəstə, istərsə də ölüm sayında dünyada birinci olan Amerika Birləşmiş Ştatlarında idmanla bağlı tətbiq olunan qadağalar ötən həftədən yumşaldılıb. Komandalara məşq etmək üçün icazə verilib. Həmyerlimiz Rüfət Dadaşovun da çıxış etdiyi Amerika liqasında futbol klubları hazırlığa kiçik qruplar şəklində başlayıblar.

ABŞ-da hər keçən gün məşqlərə start verən idman növləri üzrə komandaların və idmançıların sayı artır. Və bu gedişlə yarışların başlayacağı vaxt uzaqda deyil.

Gənc mütəxəssis Amerikada futbol mövsümünün bərpası ilə bağlı bir necə variantın olduğunu da bildirib.

Ötən ilin sonlarından Amerikanın Virciniya ştatının Arlinqton şəhərində yaşayan Etibar İbrahimovun sözlərinə görə, qapalı zallar bağlı olsa da, insanlar futbol meydanlarında və parklarda idmanla məşğul ola bilir.