• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 17.05.2020 20:25

Kafedə qaz balonları alışıb

KepezTV Player

Şəmkirdə yanğın olub.Ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr, digərinin həcmi 25 litr olan 2 ədəd qaz balonunda ani alışma baş verib. Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb. Hadisə zamanı kafedə işləyən Rəqsanə Vəliyeva tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Fakt araşdırılır.