• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 17.05.2020 20:24

Onlayn kursların faydası

KepezTV Player

Onlayn təhsildə müəyyən məhdudiyyətlər olsa da, onun mövcud olan bir sıra üstünlükləri bizə başa düşməyə əsas verir ki, müasir dövrdə təhsilin bu forması böyük bir inqilaba çevrilə bilər. Bu şansdan yararlanmaq isə insanların üzərinə düşür. Xüsusən də gənc nəslin nümayəndələrinin.

Gənclər təhsil öhdəliyi ilə yanaşı, öz fərdi inkişafını da unutmamalıdır. Karantin rejimi günlərində bir çox onlayn platformaların ödənişsiz fəaliyyəti bu baxımdan bir sıra fürsətlər yaradıb. İxtisası üzrə bu təlimlərdə iştirak edən gənclərə sertifikatların verilməsi də, onların stimullaşdırılması baxımından önəmlidir.

Anar Qurbanov tələbə: Sistem mühəndisliyi ixtisası üzrə təhsil alıram.İxtisasımı daha da təkmilləşdirmək üçün “HTML\XHML”, “CSS”, “Javascript”, “S-Quel” kimi proqramlaşdırma dillərindən istifadə edib, özümü təkmilləşdirirəm. Geriyə düşməmək üçün onlayn kurslara, dərslərə qoşulub, sadaladığım proqram dillərini daha da yaxşı mənimsəmək üçün çalışıram.Bu yöndə 6 sertifikatım var artıq.

Surxay Əzimli tələbə: Mən bir gənc olaraq QHT-lərin və diaspor fəallarının iştirakı ilə keçirilən vebinarlarda, təlimlərdə iştirak edirəm. Çalışdığım qədər asudə vaxtımı səmərəli təşkil etməyə çalışıram. Adətən tanınmış və təcrübəli şəxslərin keçdiyi təlimlərin sonunda bizə sertifikatlar təqdim olunur. Bununla da biz kursu müvəffəqiyyətlə bitiririk. Bu bizim karyeramız üçün çox önəmli və mühümdür.

Adətən tədris müəssisələrinin təşkil etdiyi bu kurslarda gənclər müxtəlif növ biliklər əldə edir, özlərini təkmilləşdirə bilirlər. Ancaq bu mərhələli şəkildə həyata keçirilir. Təqribən 1 aylıq müddət tələb edən bu kurslara qoşulmaq isə müəyyən bacarıqlar tələb edir.

Əkbər Məmmədov tələbə: Mən ən məşhur kurslardan olan “Udemy”,”Coursera” və “Linkedin”-i tövsiyə edirəm.Kurslar adətən 4 həftəlik, yəni 1 aylıq olur. Hər həftənin sonu bir imtahan verirsiz.4 həftənin sonunda imtahanlardan uğurla keçdikdən sonra, həmin universitetin, kursun təmsilçiliyinin ştampı vurulmuş sertifikatlar Sizə təqdim olunur.Məsələn “Excell” öyrənmək istəyirsinizsə, həmin kursu onlayn platformadan mükəmməl formada öyrənə bilərsiniz.Bu məsələlər mərhələli şəkildə həyata keçirilir.

Onlayn kurslar və müxtəlif dərəcə proqramları ənənəvi təhsillə müqayisədə çox rahat və ucuzdur. Bunlar onlayn təhsilin iki əsas üstünlüyüdür, hansı ki, tələbələri hər hansı bir sertifikat və ya dərəcə almaq istəyərkən onlayn platformanı seçməyə “məcbur” edir.

Valeh Anaroğlu