• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 17.05.2020 20:23

Əcnəbi tələbələr karantin rejimini necə keçirirlər?

KepezTV Player

Xüsusi karatin rejimi zamanı Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən əcnəbi vətəndaşlar ölkələrinə təxliyə edildilər. Ancaq onların hamısı geri qayıda bilmədi. Bunların arasında tələbələr də var. Növbəti süjet Gəncədəki universitetlərdə təhsil alan əcnəbilərin pandemiya dövrünü necə keçirmələri haqqındadır.

Azərbaycan Texnologiya Universitetində təhsil alan Banqladeşdən olan tələbələr xüsusi karantin rejimini qaldıqları təhsil ocağının yataqxanasında keçirirlər. Asiyalılar tətbiq edilən qaydalara əməl etməklə yaşayış yerində qalır, gündəlik gigiyenalarına fikir verirlər. Boş vaxtı çox olan tələbələr bilik və bacarıqlarını inkişaf etdirməyə çalışırlar.

Azərbaycan Dövlət Aqrar Universitetində oxuyan türkiyəli tələbələr də göstərişlərə əməl edirlər. Qardaş ölkənin nümayəndələri evdə qalaraq vaxtlarını yoldaşları ilə birgə keçirirlər.

Gəncədə fəaliyyət göstərən ADAU, UTECA və GDU-da dünyanın fərqli  ölkələrindən tələbələr təhsil alır. 3 ali təhsil ocağında ümumilikdə 150-yə yaxın əcnəbi oxuyur.