• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 16.05.2020 12:49

Pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir

KepezTV Player

Azərbaycanda pandemiya dövründə ailə münaqişələrinin sayında qismən artım müşahidə edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ilin ilk dörd ayı ərzində komitəyə 73 müraciət edilib ki, onların da əksəriyyəti məhz məişət zorakılığı ilə bağlı olub. Səbəblərə gəlincə, ailədə əsasən, narkotik, alkoqol istifadəçisi olan şəxs olduqda belə hallar daha çox baş verir. Həmçinin məişət məsələləri, xəyanət, qadınların hüquqlarının məhdudlaşdırılması və sosial problemlər səbəbindən də münaqişələr qeydə alınır.