• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 868
— 15.05.2020 13:32

Taksilərin rayonlardan narıncı zonaya daxil olması qadağandır

KepezTV Player

Karantin rejimi ilə əlaqədər olaraq Gəncədən ətraf rayonlara, eləcə də əks istiqamətə avtobus və mikroavtbuslarla sərnişin daşıması məhdudlaşdırıldığından taksilərə təlabat artıb. Bunu fürsət bilən taksi sürcüləri isə qanunsuz olaraq şəhərə daxil olurlar. Gəncədə polis əməkdaşlarının apardığı yoxlamalar zamanı şəhərdə xeyli sayda belə taksi sürücüləri aşkarlanıb. Əməkdaşımız Natiq Hüseyn də reyddə iştirak edib. İzləyək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Gəncə şəhəri narıncı zona elan edilib. Bu isə ondan xəbər verir ki, ölkənin ikinci böyük şəhərinə ətraf rayonlardan giriş və şəhərdən çıxış tam məhdudlaşdıırlıb. Ancaq şəhərin Sovxoz Nizami adlanan ərazisində hər gün xeyli sayda taksi sürücüsü Samux rayonuna rahat şəkildə get-gəl edir. Sürücülər bunun üçün onlara Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən rəsmi icazə sənədi verildiyini deyirlər.  

 

Yaranan vəziyyət sürücülərlə yol polisləri arasında anlaşılmazlıq yaradıb. Taksi sürücüləri onların Gəncəyə daxil olması üçün rəsmi icazə sənədinin olduğunu, yol polisləri isə o icazənin yalnız qeydiyyatda olduğu rayonu əhatə etdiyini deyirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova da sürücüləri diqqətli olmağa çağırıb. Əmsalından asılı olmayaraq verilən fərqlənmə nişanı ilə narıncı zonaya daxil olmaq yolverilməzdir.  

Nuridə Allahyarova - DANX-nin mətbuat katibi:: Təbii ki, müəyyən regionlar üzrə verilən icazə sənədinə baxmayaraq giriş-çıxışda qurulan postlar istər taksi, istərsə də digər daşınma ilə məşğul olan sürücülərə həmin qadağaları tətbiq edə bilərlər.

Narıncı zonaya daxil edilən Gəncədə taksi fəaliyyəti bağlı yaranan digər narahatçılıq isə əksər taksilərdə şəffaf arakəsmələrin olmamasıdır. Nəzərə alsaq ki, son günlər şəhərin ətraf ərazilərinə sərnişin daşıyan mikroavtobusların sayı azaldılıb, bu səbəbdəndə taksilərə təlabat artıb. Onda yayıla biləcək xəstəlik qaçılmazdır. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən karantin dövründə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə fərqlənmə nişanı verildikdə onlara müəyyən tövsiyyələr də verilir. Bu tövsiyələrin əsasını isə avtomobilllərin mütəmadi olaraq dezinfeksiya edilməsi, təmiz saxlanılması, şəffaf arakəsmələrin quraşdırılması təşkil edir. Ancaq müşahidələrimiz onu göstərir ki, əksər sürüclərin taksi fəaliyyəti ilə bağlı xüsusi icazələri olsa da avtomobillərdə şəffaf arakəsmələr yoxdur. 

Sürücü: Maska taxın sərnişin çox götürməyin kimi tövsiyyərlə verilib. Şəffaf arakəsmələr deyiblər onuda bu yaxınlarda edəcəyik.

Sürücü: Adam yoxdur. Heç maşına minən yoxdur. Gör ayaqaltı bulanıb.

Sürücü: Şəffaf arakəsmə bəli olmalıdır. Məsələn məndə var idi. O günləri bir qadın körpə uşaqla minmişdi əli ilə çəkdi çırdı. Məcburam qayıdam birinidə düzəldəm. İstilərlə əlaqəli olaraq arxada oturan deyir ki, arxada oturmaq olmur.

Sürücü: Departamendən soruşdum ki, deyirlər bu arakəsmə olmalıdır. Dedilər o hələ Bakıya aiddir. Yəni bizə bir söz deməyiblər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyaraova narıncı zonada fəaliyyət göstərən taksi sürüclərinə şəffaf arakəsmələrdən istifadə etməyi tövsiyyə edib.

Nuridə Allahyaraova - DANX-nin mətbuat katibi: Konkret bir vaxt limiti qoymamışıq. Təbii ki taksi fəaliyyəti göstərən daşıyıcılarda bizim tələbi nəzərə alırlar. Bunlar şifahi tələb və tövsiyyələrdir bunları nəzərə alaraq onlarda bunu yerinə yetirməyə çalşırlar. Şəffaf arakəsmələrin quraşdırılması prosesi davam edir.

Gəncədə təxminən 1000 sürücü taksi faəliyyəti ilə məşğul olur. Onlardan ay ərzində cəmi 200-nə xüsusi icazə verilir.

Natiq Hüseyn