KepezTV Player
Karantin rejimi hər nə qədər bizim sağlamlığımız üçün lazımlı olsa da bu məsələyə etinasız yanaşanlar da az deyil. Belə ki, Xüsusi karantin rejiminin pozulmasına görə mayın 13-dən 14-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək ölkənin, o cümlədən paytaxtın avtomobil yollarında rejimin pozulmasına görə ümumilikdə 53 219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
- Baxış: 879