• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 13.05.2020 20:03

Obyektlərini təmiz saxlamayan sahibkarlar cərimələnəcək

KepezTV Player

Bura Gəncənin Müseyib Bağırov küçəsində ticarət obyektlərinin daha çox olduğu bir ərazidir. Göründüyü kimi sahibkar obyektin qarşısına atılan zibilin onun tullamadığını və ona görədə məsuliyyət daşımadığını bildirir. Lakin qanunvericiliyə görə hər bir sahibkar obyektinin qarşısının təmizliyinə də məsuliyyət daşıyır.

Sahibkarlarla aparılan söhbətlər zamanı onların ərazini təmiz saxlamaq, gün ərzində yığılan məişət tullantılarını toplam şəkildə obyekt daxilində saxlayaraq iş vaxtı bitdikdən sonra iri zibil tutumlarına atmaq tövsiyə edilib.

Etibar Hüseynov - mağaza sahibi: Gələn elə yağı, kağızı bura qoyurlar . Sizdə çəkirsiz, düz edirsiz bizdə qarşısını alarıq. İnnən sonra təmiz saxlayarıq.

Obyektlərin təmizlik işləri görülərkən, istifadə olunan çırkab suların yol kənarlarına və ya ağacların dibinə tökülməsi də qətiyyən yolverilməzdir. Bu haqda da obyekt sahibləri xəbərdarlıq edilib və onlara cərimələnəcəkləri bildirilib.

Elmar Əliyev - Gəncə Şəhər MKTİB-nin Təmizlik şöbəsinin rəis müavini: Əgər bu maariflənmənin qarşısında hər hansı bir müəssisə sahibi bunları yenə təkrar edərsə cərimələnəcəkdir. Bizim ərazi üzrə nümayəndə polis və Ekalogiya Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəsinin iştirakı ilə cərimə tətbiq olunacaq. Fiziki şəxlər üçün 50 manata kimi, hüquqi şəxslərə 150 manatdan yüksək olacaq ki, ikinci bir dəfə təkrar olunmasın. Vətəndaşlara bütün obyekt sahiblərinə müraciət edirəm ki, şəhərimizi təmiz saxlayaq bu hər birimizin vətəndaşlıq borcudur.

Anoloji maarifləndirici reydlər qarşıdakı günlərdə də davam etməklə şəhərin bütün ticarət obyektlərini əhatə edəcək.