• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2178
— 13.05.2020 20:09

20 minə yaxın vətəndaş ölkəyə gətirilib

KepezTV Player

Hazırda 60-a yaxin ölkədə azərbaycana geri dönmək istəyən həmyerlilərimiz var. Koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir. Bu gün keçirilən brifinqdə daha hansı məsələlərə toxunulub, nələrdən bəhs edilib? Sıradakı videoametrialımızdan biləcəksiniz.

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. “Evə gedirəm” portalı çərçivəsində təkcə Rusiyadan 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, ümumilikdə indiyə qədər 20 minə yaxın xaricdə olan vətəndaş ölkəyə gətirilib: "5 mayda İrandan 94, 7 mayda İstanbuldan 212, 8 mayda Daşkənddən 50, Riqadan 52, 12 mayda Minskdən 124 Azərbaycan vətəndaşı ölkəyə gətirilib". MDB və Avropa İttifaqı ölkələri, habelə Avropadan Azərbaycana çarter reysi həyata keçiriləcək. Hikmət Hacıyevin sözlərinə görə, əvvəllər Avropa qitəsindən gətirilən şəxslərdə koronavirus infeksiyası daha çox aşkar edilirdi, indi isə bu göstərici dəyişib.

“Mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olub və cavablandırılıb”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, vətəndaşlara mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib. Çünki səfər zamanı yoluxma riski artır.

Leyla Abdullayeva Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hər hansı məhdudiyyətin olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib.

“Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri var deyən Hikmət Hacıyev vurğulayıb ki, Rusiyadakı vətəndaşların quru və hava yolu ilə gəlməsi üçün xüsusi portal yaradılıb, bu portalda qeydiyyatdan keçmək vacibdir.

BMT Baş Katibi qlobal atəşkəs çağırışı edib. Hikmət Hacıyev bildirib ki, Ermənistan münaqişənin həllini təhrif etməyə, koronavirusu da möhtəkirlik obyektinə çevirməyə çalışır. Ermənistan öz beynəlxalq öhdəliklərinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, koronavirus yaxşı fürsətdir.

Brifinq zamanı NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə də toxunulub. “Biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”. Sitatın sonu.