• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 13.05.2020 16:06

"İmamzadə" Dini Kompleksi dezinfeksiya edilib

KepezTV Player

Koronavirus infeksiyası artan tendensiya ilə davam edir. Bunun qarşını almaq üçün isə ölkənin hər yerində dezinfeksiya tədbirləri görülür.

Gəncədə mübarizə işləri tək küçə və prospektləri, yaşayış binaları və sosial obyektləri əhatə etmir. Aparılan profilaktik-dezinfeksiya tədbirləri dini məbədlərdən də yan keçmir. İmamzadə dini memarliq kompleksi də bu baxımıdan istisna təşkil etməyib. Kompleksin ərazisindəki binalar, kiçik türbələr, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalar xüsusi məhlullar vasitəsilə dezinfeksiya edilib.

Anar Hüseynov - dezinfeksiya mütəxəssisi: Qafqazın ən böyük ziyarətgahlarından biri sayılan İmamzadədə şəhər icra hakimiyyəti ilə müqavilə əsasında profilaktik tədbir görülür. Əməkdaşlarımız xüsusi məhlullar vasitəsilə dezinfeksiya işləri aparır.