KepezTV Player
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-dən 13-dək ölkə yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
- Baxış: 1109