• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 12.05.2020 16:40

Bu gün Yerə ən yaxın məsafədən komet keçəcək

KepezTV Player

SWAN kometi bu gün Yerə ən yaxın məsafədən - planetin 84 mln km-dən keçəcək. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məluamta görə, komet mayın 27-də periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən keçəcək.Astronomlar hesab edirlər ki, SWAN kometi bu aralar partlayış halında olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq.Hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər kometi artıq açıq gözlə izləyiblər.