• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 12.05.2020 15:43

Xüsusi avtomobillər və canlı qüvvə dezinfeksiya işlərində

KepezTV Player

Bu gün də Gəncənin küçə və prospektləri xüsusi məhlulla yuyulub. Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsdi daşıyan dezinfeksiya işlərinə Nizami Gəncəvi prospektindən başlanlılıb. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 2 ədəd xüsusi su çiləyici avtomobilləri vasitəsilə avtomobillərinnəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi hissələr kimyəvi dərmanlanıb. Şəhərin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərində, habelə ara küçələrdə də dezinfeksiya işləri görülüb. Yolların və səkilərin dezinfeksiyasına İstehsalat Birliyinin 20-ə yaxın xüsusi təlim keçən işçisi də cəlb edilib. İnsanların gediş-gelişinin çox olduğu yerlər, yeraltı piyada keçidləri, dayanacaqlar xüsusi çiləyicilərlə yuyulub. Dezinfeksiya işləri ilə paralel olaraq maarifləndirici tədbirlər də aparılıb. Polis avtomobillərləri ilə səs gücləndirici vastələrlə əhali xüsusi karantin rejiminin qaydalarına əməl olunmasına çağırışlar edilib.

Vüsal Balayev Gəncə Şəhər MKTİB-nin mətbuat katibi:Fərdi yaşayış binaları, evlərin həyatyanı əraziləri, yaşayış binalarının girişləri, liftlər, praklar, xiyabanlar mütamadi olaraq dizinfeksiya olunur. Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin canl qüvvəsi və texnikası vastəsi ilə gün ərzində davam edən dizinfeksiya işləri prospektləri küçələri də əhatə edir.